Pol Poqba “Yuventus”da müqaviləsinə xitam verilməsini gözləyir İdman və Biz
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pol Poqba və “Yuventus” arasında müqaviləyə bu gün xitam veriləcəyi gözlənilir.
İdman.biz xəbər verir ki, tərəflər anlaşmanı qarşılıqlı razılaşma ilə pozduqdan sonra 31 yaşlı fransalı özünə yeni klub axtaracaq.
Poqba 2025-ci ilin yanvarından hər hansı klubun düşərgəsində məşq edə biləcək. O, martda yeni komandasında çıxış etmək imkanı qazanacaq. Azad agent statusu almasını gözləyən Pol hazırda ABŞ-ln Mayami şəhərində fərdi hazırlıq keçir.
Qeyd edək ki, yarımmüdafiəçi fevralın 29-da antidopinq qaydalarını pozduğu üçün 4 illik diskvalifikasiya edilib. Oktyabrda onun cəzası azaldılıb və artıq gələn ilin martında meydana qayıda bilər.
İdman.biz

Pol Poqba “Yuventus”da müqaviləsinə xitam verilməsini gözləyir
15 Noyabr 2024 17:13
Yuventus Pol Poqbanın müqaviləsinə xitam verməyə yaxındır
12 Noyabr 2024 00:41
Yuventus Pol Poqba ilə yollarını AYIRDI
16 Noyabr 2024 00:15
Yuventus Pol Poqba ilə rəsmən yollarını ayırıb
15 Noyabr 2024 23:56

