Polis əməkdaşları qadını küçə itlərindən belə xilas etdi VİDEO

25.06.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polis əməkdaşları yerli sakini küçə it sürüsünün hücumundan xilas ediblər. Avtosfer.az xəbər verir ki, Rusiyanın Stavropol şəhərində baş verən hadisə həvəskar kamera tərəfindən qeydə alınıb.

Belə ki, öz ev heyvanını gəzdirən qadının ətrafını birdən-birə aqressiv it sürüsü sarıb və onlar qadına, eləcə də onun itinə hücum etməyə başlayıblar. Ərazidə xidmət aparan yol polisləri vəziyyəti vaxtında fərq ediblər. Onlar dərhal xidməti avtomobilin səs siqnalını yandıraraq qəzəbli heyvanları qorxutmağı və qadından uzaqlaşdırmağı bacarıblar. Polis əməkdaşları gənc xanımın təhlükəsizlikdə olduğundan və xəsarət almadığından əmin olduqdan sonra hadisə yerindən ayrılıblar.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью