Polis əməkdaşları qadını küçə itlərindən belə xilas etdi VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polis əməkdaşları yerli sakini küçə it sürüsünün hücumundan xilas ediblər. Avtosfer.az xəbər verir ki, Rusiyanın Stavropol şəhərində baş verən hadisə həvəskar kamera tərəfindən qeydə alınıb.
Belə ki, öz ev heyvanını gəzdirən qadının ətrafını birdən-birə aqressiv it sürüsü sarıb və onlar qadına, eləcə də onun itinə hücum etməyə başlayıblar. Ərazidə xidmət aparan yol polisləri vəziyyəti vaxtında fərq ediblər. Onlar dərhal xidməti avtomobilin səs siqnalını yandıraraq qəzəbli heyvanları qorxutmağı və qadından uzaqlaşdırmağı bacarıblar. Polis əməkdaşları gənc xanımın təhlükəsizlikdə olduğundan və xəsarət almadığından əmin olduqdan sonra hadisə yerindən ayrılıblar.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 25 İyun 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















