Polis kömək etdi

07.08.2025

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Hər  gün metrodan istifadə etdiyimə görə, orada bir çox hadisələrin şahid oluram.

Görürəm ki, metro qatarında və stansiyalarda isti yay günlərində vəziyyəti ağirlaşan insanlar var. Həmin anda onlara kömək edən metro polisi və xanım nəzarətçilərdi. Həkimlər gələnə kimi, onlar səhhətində problem yaranan sərnişinlərə lazımi köməklik göstərir. Avqustun 7- də də metronun "28 may' stansiyasında bir sərnişin xanımın özünü pis hiss etdiyini gördüm.

Yandakı qızlar onu oturacağa apardılar və yelpəyi yelləyib ona hava vermək istədilər. Elə həmin an o qıza orada xidmət aparan polis nəfəri və xanım nəzarətçi yaxınlaşdı. Qıza soyuq su və dərman verdilər.Həkim çağırmaq istədilər.

Özünə gələn qız " Həkimə ehtiyac yoxdu, özümü yaxşı hiss edirəm və göstərdiyiniz köməyə görə , minnətdaram ",- dedi. Bax bu da polisin çətin vəziyyətdə olan vətəndaşına sevgisi.Polis bizə hörmətlə yanaşırsa, təbii ki, biz də ona hörmət etməliyik!

Emil Faiqoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью