Polis kömək etdi
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
Hər gün metrodan istifadə etdiyimə görə, orada bir çox hadisələrin şahid oluram.
Görürəm ki, metro qatarında və stansiyalarda isti yay günlərində vəziyyəti ağirlaşan insanlar var. Həmin anda onlara kömək edən metro polisi və xanım nəzarətçilərdi. Həkimlər gələnə kimi, onlar səhhətində problem yaranan sərnişinlərə lazımi köməklik göstərir. Avqustun 7- də də metronun "28 may' stansiyasında bir sərnişin xanımın özünü pis hiss etdiyini gördüm.
Yandakı qızlar onu oturacağa apardılar və yelpəyi yelləyib ona hava vermək istədilər. Elə həmin an o qıza orada xidmət aparan polis nəfəri və xanım nəzarətçi yaxınlaşdı. Qıza soyuq su və dərman verdilər.Həkim çağırmaq istədilər.
Özünə gələn qız " Həkimə ehtiyac yoxdu, özümü yaxşı hiss edirəm və göstərdiyiniz köməyə görə , minnətdaram ",- dedi. Bax bu da polisin çətin vəziyyətdə olan vətəndaşına sevgisi.Polis bizə hörmətlə yanaşırsa, təbii ki, biz də ona hörmət etməliyik!
Emil Faiqoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 07 Avqust 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















