Polis məktəblilərlə görüşdü FOTOLAR

03.12.2024

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siyəzən polisi məktəblilərlə görüşüb.

Sfera.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Gilgilçay kənd tam orta məktəbində  “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

.

Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Orxan Şahmarov məktəblilərə erkən nikahın fəsadlarından bəhs edib.

Sonda mövzu ilə bağlı videoçarxlar nümayiş olunub və  məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью