Polis məktəblilərlə görüşdü FOTOLAR
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Siyəzən polisi məktəblilərlə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Gilgilçay kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib
.
Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Orxan Şahmarov məktəblilərə erkən nikahın fəsadlarından bəhs edib.
Sonda mövzu ilə bağlı videoçarxlar nümayiş olunub və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Baxış sayı:115
Bu xəbər 03 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















