Politico : Makron Avropa İttifaqında nüfuzunu itirib | Icma.az
Icma.az, Oxu.az saytına istinadən bildirir. "Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqında (Aİ) ideyaların əsas generatoru nüfuzunu t
Oxu.Az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadla "Politico" yazıb.
Yazıda bildirilib ki, daxili problemlər fransız liderin ambisiyalarını kütləşdirib və Aİ-yə təsirini zəiflədib.
Nəşrin məlumatına görə, Avropa siyasətçiləri bir zamanlar Aİ-də "ideyaların əsas generatoru" hesab edilən Makronu indi "zəhlətökən adam" kimi qəbul edirlər.
Fransa prezidenti ölkə daxilində öz nüfuzunu bərpa etməyə çalışarkən, Aİ-nin fransızların narazılığını yarada biləcək təşəbbüslərini getdikcə daha tez-tez rədd edir.
Bundan əlavə, o, şəxsən iştirak etmədiyi Aİ layihələrini çox vaxt tənqid edir.
Onun barəsində - "Makron tamamilə daxili problemlərin içində batıb qalıb.
O, daha bir vaxtlar tanıdığımız "Avropa çempionu" deyil", - deyirlər.
Tam oxu
Xəbəri oxu