Icma.az
close
up
RU
Politico : Makron Avropa İttifaqında nüfuzunu itirib

Politico : Makron Avropa İttifaqında nüfuzunu itirib

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqında (Aİ) ideyaların əsas generatoru nüfuzunu tamamilə itirib".

Oxu.Az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadla "Politico" yazıb.

Yazıda bildirilib ki, daxili problemlər fransız liderin ambisiyalarını kütləşdirib və Aİ-yə təsirini zəiflədib.

Nəşrin məlumatına görə, Avropa siyasətçiləri bir zamanlar Aİ-də "ideyaların əsas generatoru" hesab edilən Makronu indi "zəhlətökən adam" kimi qəbul edirlər. Fransa prezidenti ölkə daxilində öz nüfuzunu bərpa etməyə çalışarkən, Aİ-nin fransızların narazılığını yarada biləcək təşəbbüslərini getdikcə daha tez-tez rədd edir. Bundan əlavə, o, şəxsən iştirak etmədiyi Aİ layihələrini çox vaxt tənqid edir.

Onun barəsində - "Makron tamamilə daxili problemlərin içində batıb qalıb. O, daha bir vaxtlar tanıdığımız "Avropa çempionu" deyil", - deyirlər.

Makron özünün bütün siyasi karyerası boyunca Aİ-nin fəaliyyətində yaxından iştirak edib. 2017-ci ildə Sorbonnada çıxışı onun üçün dönüş nöqtəsi olub. O zaman Fransanın yeni seçilmiş lideri çox böyük coşqunluqla qitənin xarici tərəfdaşlardan iqtisadi və hərbi-texniki asılılığını azaltmağa çağırıb, "güclü Avropa" ideyasını müdafiə edib. Ozamankı təşəbbüsləri ona Aİ-nin əsas "düşünən beyni" statusunu qazandırıb. Lakin son vaxtlarda onun ambisiyaları nəzərəçarpacaq dərəcədə sönükləşib.

Fransa son aylar ərzində bir sıra ciddi daxili siyasi sarsıntı yaşayıb. Ölkədəki vəziyyət o dərəcədə gərginləşib ki, iki il ərzində respublikada beş baş nazir dəyişib, daxili siyasi böhran 2025-ci ilin sentyabrında baş nazir Fransua Bayrunun istefasından sonra pik həddə çatıb. Makron vəziyyəti xilas etməyə çalışaraq, müdafiə naziri Sebastyen Lekornyunu bu vəzifəyə təyin edib. Bir çox ekspertlər onu Fransa Prezidentinin "son müttəfiqi" adlandırırdılar. Uğursuz hökuməti formalaşdırmaq cəhdindən cəmi 27 gün sonra Lekornyu da istefa verib və bununla Beşinci Respublika tarixində baş nazir postunda ən qısa müddətə qalan şəxs rekordunu müəyyən edib. Lakin Makronun şəxsi xahişi ilə tezliklə öz vəzifələrinin icrasına qayıdıb. Fransa hakimiyyəti daxili böhranı böyük çətinliklə müvəqqəti həll edə bilib, lakin bu hadisələr Parisin Brüsseldəki nüfuzuna ciddi zərbə vurub, habelə birlikdəki mövqelərini laxladıb. Nəticədə Aİ-də liderlik Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayenin əlinə keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri