Polkovnik: Laçındakı Zirvə görüşü dövlətimizin tarixi uğurudur | Icma.az
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 29 may, AZƏRTAC Laçındakı Zirvə görüşü dövlətimizin tarixi uğuru, Azərbaycan-Türkiyə-Pakistan dostluğunun təntənəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşünün keçirilməsi mühüm mətləblərdən xəbər verir: Laçında üç qardaş dövlətin liderlərinin iştirakı ilə Zirvə görüşünün keçirilməsi sadəcə Azərbaycan üçün deyil, həm də Türkiyə və Pakistan üçün olduqca mühüm hadisədir.
Bu, hər şeydən öncə hər üç dövlətin bütün dünyaya birlik, həmrəylik mesajıdır.
Bu Zirvə görüşü bir daha təsdiq etdi ki, Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı əzəli və əbədidir.
Zirvə görüşündə liderlərin verdiyi mesajlar, səsləndirdiyi bəyanatlar da bir daha bunu sübut etdi.
Zirvə görüşünün Laçında – erməni işğalından azad edilən tarixi torpağımızda keçirilməsi də olduqca böyük məna kəsb edirdi.
Tam oxu
Xəbəri oxu