Icma.az
close
up
RU
Polkovnik: Laçındakı Zirvə görüşü dövlətimizin tarixi uğurudur

Polkovnik: Laçındakı Zirvə görüşü dövlətimizin tarixi uğurudur

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 may, AZƏRTAC

Laçındakı Zirvə görüşü dövlətimizin tarixi uğuru, Azərbaycan-Türkiyə-Pakistan dostluğunun təntənəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşünün keçirilməsi mühüm mətləblərdən xəbər verir: Laçında üç qardaş dövlətin liderlərinin iştirakı ilə Zirvə görüşünün keçirilməsi sadəcə Azərbaycan üçün deyil, həm də Türkiyə və Pakistan üçün olduqca mühüm hadisədir. Bu, hər şeydən öncə hər üç dövlətin bütün dünyaya birlik, həmrəylik mesajıdır. Bu Zirvə görüşü bir daha təsdiq etdi ki, Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı əzəli və əbədidir. Zirvə görüşündə liderlərin verdiyi mesajlar, səsləndirdiyi bəyanatlar da bir daha bunu sübut etdi. Zirvə görüşünün Laçında – erməni işğalından azad edilən tarixi torpağımızda keçirilməsi də olduqca böyük məna kəsb edirdi. Azərbaycan Laçındakı bu möhtəşəm tədbirlə, hər şeydən əvvəl, işğaldan azad edilmiş ərazilərimizdə qısa zaman ərzində həyata keçirdiyi böyük abadlıq-quruculuq işlərini bütün dünyaya nümayiş etdirdi.

“Laçında gerçəkləşən Zirvə görüşü, eyni zamanda, beynəlxalq ictimaiyyətə, qlobal güclərə, Ermənistan və onun himayədarlarına bu torpaqların hüquqi-tarixi sahibinin Azərbaycan olduğunu bir daha xatırlatmış oldu. Azərbaycan həm Zirvə görüşü, həm də Laçın Beynəlxalq Hava Limanının açılışı ilə sübut etdi ki, xalqımız, dövlətimiz erməni faşizminin xarabalığa çevirdiyi yurd yerlərini qısa zamanda dirçəltməyə, bu torpaqları yenidən cənnətə çevirməyə qadirdir. Mən Laçında keçirilən bu cür möhtəşəm beynəlxalq tədbirə görə hər bir vətəndaşımızı təbrik edir, Prezidentimizə, dövlətimizə uğurlar arzulayıram. Əminəm ki, biz zaman-zaman işağldan azad edilən digər torpaqlarımızda da oxşar tədbirlərə şahid olacaq, tarixi Zəfərimizi, tərəqqimizi, mübarizə və inkişaf əzmimizi əks etdirən tədbirlərlə bütün dünyanı heyrətləndirməkdə davam edəcəyik”, - deyə Cəlil Xəlilov əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri