Polşa 15 ukraynalını deport etdi SƏBƏB

30.08.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Polşa ictimai təhlükəsizlik və asayiş üçün təhlükə hesab olunan 15 Ukrayna vətəndaşını deportasiya edib.

Modern.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.

Polşa sərhəd rəsmilərinin bildirdiyinə görə, həmin şəxslər dəfələrlə oğurluq, silahlı soyğunçuluq, sənəd saxtakarlığı, narkotik maddə saxlamaq və sərxoş vəziyyətdə avtomobil idarə etmək kimi cinayət əməlləri törədiblər. Bəziləri Polşaya qeyri-qanuni sərhəd keçidlərinin təşkilində də iştirak ediblər.

15 nəfərin hamısı zorla sərhədə aparılaraq Ukrayna hakimiyyət orqanlarına təhvil verilib. Onlara beş ildən on ilədək müddətə yenidən Polşaya daxil olmaq qadağan edilib və məlumatları Polşada qalması qadağan edilən əcnəbilərin siyahısına əlavə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью