Polşa 15 ukraynalını deport etdi SƏBƏB
Icma.az bildirir, Modern.az portalına istinadən.
Polşa ictimai təhlükəsizlik və asayiş üçün təhlükə hesab olunan 15 Ukrayna vətəndaşını deportasiya edib.
Modern.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.
Polşa sərhəd rəsmilərinin bildirdiyinə görə, həmin şəxslər dəfələrlə oğurluq, silahlı soyğunçuluq, sənəd saxtakarlığı, narkotik maddə saxlamaq və sərxoş vəziyyətdə avtomobil idarə etmək kimi cinayət əməlləri törədiblər. Bəziləri Polşaya qeyri-qanuni sərhəd keçidlərinin təşkilində də iştirak ediblər.
15 nəfərin hamısı zorla sərhədə aparılaraq Ukrayna hakimiyyət orqanlarına təhvil verilib. Onlara beş ildən on ilədək müddətə yenidən Polşaya daxil olmaq qadağan edilib və məlumatları Polşada qalması qadağan edilən əcnəbilərin siyahısına əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 30 Avqust 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















