Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Polşa Ordusunun Baş Qərargahının yaydığı kommyunikedə bildirilir.
Sənəddə qeyd edilir ki, "MiQ-29" təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı danışıqlar davam edir. Eyni zamanda bu təyyarələrin ötürülməsi çərçivəsində Polşaya seçilmiş raket və dron texnologiyalarının təqdim olunması istiqamətində də müzakirələr aparılır.
Polşa Baş Qərargahının məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarələri artıq istismar müddətini doldurub və onların gələcək modernləşdirilməsi məqsədəuyğun sayılmır.
"MiQ-29"ların yerinə "F-16"lar və Cənubi Koreyadan alınan "FA-50" yüngül qırıcıları xidmət göstərəcək.
Ukraynaya verilə biləcək "MiQ-29"ların dəqiq sayı açıqlanmayıb.
Qadir, Bizimyol.info