Polşa MiQ 29 təyyarələrini raket və dron texnologiyaları qarşılığında Ukraynaya verməyə hazırdır
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Polşa Ordusunun Baş Qərargahının yaydığı kommyunikedə bildirilir.
Sənəddə qeyd edilir ki, "MiQ-29" təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı danışıqlar davam edir. Eyni zamanda bu təyyarələrin ötürülməsi çərçivəsində Polşaya seçilmiş raket və dron texnologiyalarının təqdim olunması istiqamətində də müzakirələr aparılır.
Polşa Baş Qərargahının məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarələri artıq istismar müddətini doldurub və onların gələcək modernləşdirilməsi məqsədəuyğun sayılmır.
"MiQ-29"ların yerinə "F-16"lar və Cənubi Koreyadan alınan "FA-50" yüngül qırıcıları xidmət göstərəcək.
Ukraynaya verilə biləcək "MiQ-29"ların dəqiq sayı açıqlanmayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 10 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















