Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, Kşiştof Qavkovski “Radio Zet”in efirində Zelenskini so bəyanatlarına görə tənqid edərək, onu “Polşaya çoxlu borcu olan ləyaqətsiz siyasətçi” kimi qiymətləndirib.
Polşalı məmur, eyni zamanda, Kiyevin Varşavaya qarşı vicdanlı davranıb-davranmaması ilə bağlı suala “yox” cavabını verib.
- Hədiyyə olunan avadanlıqlar, qayğıları olan vətəndaşlar...Polşa Ukraynanın böyük dostu, nəqliyyat qovşağıdır.
Mənə elə gəldi ki, belə vəziyyətlərdə kiməsə “sağ ol” demək lazımdır, zəhərləmək yox...Zelenski Polşanın Ukrayna üzərində raketləri vurmasını, yəni Polşanın müharibəyə getməsini istəyir, yəni , o, Polşanın Rusiya ilə döyüşməsini istəyir.
Zelenski bu bəyanatlarında Polşanı Rusiya ilə müharibəyə sürükləmək istəyir”, - Poşanın baş nazirinin müavini Ukrayna prezidentinin hərəkətlərindən narazılığını açıq-aşkar dilə gətirib.
Kşiştof Qavkovski sözlərinə görə, “Zelenski və Ukraynanın Polşanı çətin anlarda əl tutan dost kimi qiymətləndirməsini, kefləri istəyəndə isə tənqid etmədiklərini gözləyir”.
Maraqlıdır ki, bundan əvvəl Polşanın Xarici İşlər naziri Radoslav Sikorski ukraynalı həmkarı Andrey Sibiqanı kəskin tənqid edib.