Icma.az
close
up
RU
PolşaUkrayna dialoqunda ritorika sərtləşir

PolşaUkrayna dialoqunda ritorika sərtləşir

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, Kşiştof Qavkovski “Radio Zet”in efirində Zelenskini so bəyanatlarına görə tənqid edərək, onu “Polşaya çoxlu borcu olan ləyaqətsiz siyasətçi” kimi qiymətləndirib. Polşalı məmur, eyni zamanda, Kiyevin Varşavaya qarşı vicdanlı davranıb-davranmaması ilə bağlı suala “yox” cavabını verib.
- Hədiyyə olunan avadanlıqlar, qayğıları olan vətəndaşlar...Polşa Ukraynanın böyük dostu, nəqliyyat qovşağıdır. Mənə elə gəldi ki, belə vəziyyətlərdə kiməsə “sağ ol” demək lazımdır, zəhərləmək yox...Zelenski Polşanın Ukrayna üzərində raketləri vurmasını, yəni Polşanın müharibəyə getməsini istəyir, yəni , o, Polşanın Rusiya ilə döyüşməsini istəyir. Zelenski bu bəyanatlarında Polşanı Rusiya ilə müharibəyə sürükləmək istəyir”, - Poşanın baş nazirinin müavini Ukrayna prezidentinin hərəkətlərindən narazılığını açıq-aşkar dilə gətirib.
Kşiştof Qavkovski sözlərinə görə, “Zelenski və Ukraynanın Polşanı çətin anlarda əl tutan dost kimi qiymətləndirməsini, kefləri istəyəndə isə tənqid etmədiklərini gözləyir”.
Maraqlıdır ki, bundan əvvəl Polşanın Xarici İşlər naziri Radoslav Sikorski ukraynalı həmkarı Andrey Sibiqanı kəskin tənqid edib. Onun sözlərinə görə, Sibiqa noyabrın 1-dək Volın faciəsi qurbanlarının eksqumasiyasında irəliləyişə nail olacağına vəd versə də, lakin sözünün üstündə durmayıb.
“Vaxt bitdi - irəliləyiş yoxdur. Biz inanırıq ki, hətta düşmənlərin cəsədlərinin xristian ayinlərinə uyğun basdırılması Avropa mədəniyyət kodunun bir hissəsidir. Göürünür, Ukrayna bununla razılaşır, çünki ora işğalçı kimi gələn 100 min Vermaxt əsgərinin eksqumasiyasına icazə verib”, - Polşa XİN-in rəhbəri “TVN24” telekanalına müsahibəsində Kiyev və Varşava üçün mübahisəli məsələdə ukraynalı həmkarı tərəfindən irəliləyişin olmadığından məyusluğunu gizlətməyib.

Sikorski xatırladıb ki, Varşavanın yeganə tələbi 2017-ci ildə dayandırılmış eksqumasiyalara qayıtmaq üçün razılıqdır.
Polşa-Ukrayna münasibətlərində inciklik notları sezilir Qeyd edək ki, son vaxtlar, ümumiyyətlə, Polşa-Ukrayna münasibətlərində qarşılıqlı ittihamlar səsləndirilir. İş hətta o yerə çatıb ki, bir neçə gün əvvəl Polşanın baş naziri Ancey Duda Rusiya ilə müharibədə Kiyevin artıq Varşavanı öz müttəfiqi saymadığını bəyan edib. Buna səbəb isə Polşanın artıq Ukraynaya əvvəllər verdiyi hərbi yardımı göstərə bilməməsidir.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri