Pomidorlar sahədə qalıb...

27.10.2026

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu sözləri qubalı fermer Akif Babayev deyir. Sosial şəbəkəni izləyərkən mən bu görüntü gördüm. Gördüm qubalı fermer Akif qardaşımız deyir ki, baxın bu pomidorlara, görün necə qıpqırmızıdı.Heç yayda belə məhsulumuz yox idi.

İndi şükür Allaha elə bir bol məhsul yetişib ki, yığıb yığışdırmaq olmur. Yaradan and olsun, payızda, özü də oktyabr ayında belə bol pomidor gözləmirdim. Allah verəndən sonra biz kimik ki! Amma bu bol məhsulun alıcısı yoxdur ey! Heç kim gəlib sahədən bu məhsulu almaq istəmir. Elə baha da vermirəm ! Kiloqramı 60 qəpik!  Bax , həmin fermerə adamın yazığı gəlir.

Əzab- əziyyətlə becərdiyi məhsulu su qiymətinə satır və indi də yalvarır ki, kimsə, bu məhsulu gəlib alsın! Ancaq Bakı bazarlarında  Xaçmaz və Quba pomidorlarının kiloqramı iki manat, iki manat  əlli qəpikdir! Yəni əziyyəti fermerlər çəkir, xeyirə  alverçilər qazanır . Burda deyiblər:" Kim qazana, kim yeyə!" İndi məhsulu sahədə qalan fermer başına haranın daşını qoysun! O, gələn il yenə pomidor əkəcəkmi?

Çətin ki,əksin! Hər halda , aidiyyəti qurumlar bu barədə fermerlərə kömək etməli  və çıxış  yolu tapılmalıdır! Bu yolu tapmaq olacaqmı? Bax əsas məsələ budur!!!

Emil FAİQOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью