Pomidorlar sahədə qalıb...
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu sözləri qubalı fermer Akif Babayev deyir. Sosial şəbəkəni izləyərkən mən bu görüntü gördüm. Gördüm qubalı fermer Akif qardaşımız deyir ki, baxın bu pomidorlara, görün necə qıpqırmızıdı.Heç yayda belə məhsulumuz yox idi.
İndi şükür Allaha elə bir bol məhsul yetişib ki, yığıb yığışdırmaq olmur. Yaradan and olsun, payızda, özü də oktyabr ayında belə bol pomidor gözləmirdim. Allah verəndən sonra biz kimik ki! Amma bu bol məhsulun alıcısı yoxdur ey! Heç kim gəlib sahədən bu məhsulu almaq istəmir. Elə baha da vermirəm ! Kiloqramı 60 qəpik! Bax , həmin fermerə adamın yazığı gəlir.
Əzab- əziyyətlə becərdiyi məhsulu su qiymətinə satır və indi də yalvarır ki, kimsə, bu məhsulu gəlib alsın! Ancaq Bakı bazarlarında Xaçmaz və Quba pomidorlarının kiloqramı iki manat, iki manat əlli qəpikdir! Yəni əziyyəti fermerlər çəkir, xeyirə alverçilər qazanır . Burda deyiblər:" Kim qazana, kim yeyə!" İndi məhsulu sahədə qalan fermer başına haranın daşını qoysun! O, gələn il yenə pomidor əkəcəkmi?
Çətin ki,əksin! Hər halda , aidiyyəti qurumlar bu barədə fermerlərə kömək etməli və çıxış yolu tapılmalıdır! Bu yolu tapmaq olacaqmı? Bax əsas məsələ budur!!!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 27 Oktyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















