Ponomaryovun panaması | Icma.az
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq. Azərbaycan futbolu ilə dərindən maraqlanan İqor Ponomoryovu tanımaya bilməz.
1978-1981 və 1983-1988-ci illər aralığında "Neftçi"nin formasını geyinən məşhur veteran hazırda həm "Sabah"ın Müşahidə Şurasının üzvü, həm də idman direktorudur.
Masazır komandasının oyunlarında klub rəsmiləri üçün nəzərdə tutulmuş lojada tez-tez boy göstərməsi təbii haldır.
Adam Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Turan Tovuz"la üz-üzə gələn "bayquşlar"ın 1:1 hesabı ilə başa çatan matçını da ayağını ayağının üstünə aşırmış vəziyyətdə canlı izləyirdi.
Kaş həmin gün Tovuza təşrif buyurmaya və bir hörmətsizliyi ilə stadiondakıların mənəvi qınağına tuş gəlməyəydi...
Ardıcıl 7-ci görüşdə qələbə qazana bilməyən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliçin qarşılaşmanın ardından istefaya göndərilməsində, onun yerinə rus mütəxəssis Vasili Berezutskinin gətirilməsində şübhəsiz, İqor Anatolyeviçin də xüsusi rolu var.
Berezutskinin nə ilə yadda qalacağını, yerli çempionatın ritmini tuta bilib-bilməyəcəyini təbii ki, zaman göstərəcək.
Amma razılaşaq ki, Renduliçin qovulması həm doğru, həm də bir qədər gecikmiş addım sayılır.
Tam oxu
Xəbəri oxu