Icma.az
close
up
RU
Ponomaryovun panaması

Ponomaryovun panaması

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycan futbolu ilə dərindən maraqlanan İqor Ponomoryovu tanımaya bilməz. 1978-1981 və 1983-1988-ci illər aralığında "Neftçi"nin formasını geyinən məşhur veteran hazırda həm "Sabah"ın Müşahidə Şurasının üzvü, həm də idman direktorudur. Masazır komandasının oyunlarında klub rəsmiləri üçün nəzərdə tutulmuş lojada tez-tez boy göstərməsi təbii haldır. Adam Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Turan Tovuz"la üz-üzə gələn "bayquşlar"ın 1:1 hesabı ilə başa çatan matçını da ayağını ayağının üstünə aşırmış vəziyyətdə canlı izləyirdi. Kaş həmin gün Tovuza təşrif buyurmaya və bir hörmətsizliyi ilə stadiondakıların mənəvi qınağına tuş gəlməyəydi...  

Ardıcıl 7-ci görüşdə qələbə qazana bilməyən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliçin qarşılaşmanın ardından istefaya göndərilməsində, onun yerinə rus mütəxəssis Vasili Berezutskinin gətirilməsində şübhəsiz, İqor Anatolyeviçin də xüsusi rolu var. Berezutskinin nə ilə yadda qalacağını, yerli çempionatın ritmini tuta bilib-bilməyəcəyini təbii ki, zaman göstərəcək. Amma razılaşaq ki, Renduliçin qovulması həm doğru, həm də bir qədər gecikmiş addım sayılır. Rusiya millisinin sabiq müdafiəçisinin gözləniləndən daha yaxşı təyinat olduğuna, maliyyə problemindən əziyyət çəkməyən "Sabah"ı yeni nkişaf mərhələsinə çatdıracağına biz də inanmaq istərdik. Bu başqa məsələ ki, hələ əcnəbi mütəxəssislərdən heç biri "bayquşlar"a titul qazandırmaq işinin öhdəsindən gələ bilməyib. İndiyədək baş məşqçi qismində çalışmayan Vasiliyə ölkəsində qazanmadığı şansı Azərbaycan klubunun verməsi də özlüyündə çox böyük etimaddır. bu, öz yerində, qayıdaq məni Ponomoryov haqda bu yazını yazmağa məcbur edən fakta.

Futbolun siyasətə qatmaq niyyətindən uzağam. Ancaq 44 günlük Vətən müharibəsindən sonra hər oyunun 44-cü dəqiqəsində yerli futbolsevərlərin "ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz" şüarı ilə tribunaları ayağa qaldırması olduqca dəyərli ənənədir. Uzun sürən həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün canından keçən şəhidlərimizin hər qarşılaşmada yad edilməsi və bu şüar səsləndirilərkən kimliyindən asılı olmayaraq, hər kəsin ayağa qalxması mənəvi borc məsələsidir. Hətta kimin başında papaq varsa, papağını, şlyapa varsa, şlyapasını, panama varsa, panamasını çıxarmalı, heç vaxt yüksələ bilməyəcəyi zirvənin önündə ən azı ruhən baş əyməlidir...

Təəssüf ki, oyuna panamasız gələn Ponomaryov nəinki ayağa qalxaraq panamasını çıxardı, heç ayağını ayağının üstündən də götürmədi. Başqa sözlə, Tovuz stadionunun dolu tribunalarının yaxınlıqdakı ŞƏHİDLƏR XİYABANINI da ağuşuna alan hayqırtısı İqor Anatolyeviçin tükünü də tərpətmədi. Bəziləri sözügedən şəxsin Azərbaycan dilini bilmədiyi üçün şüarı başa düşmədiyini iddi edə bilər. Belədirsə, lap pis. O, heç olmasa, bir neçə ildir formalaşdırılan ənənəvi şüarla tanış olmalı, futboldan daha vacib məqamı qulağardına vurmamalıydı. İqor Anatolyeviçin ölkənin qanlı-qadalı illərində İsveçə getdiyini, ara sakitləşənə, Ermənistanla 1994-cü ildəki atəşkəs sazişi imzalanana qədər gözə dəymədiyini yenidən incələmək fikrində deyiləm, ancaq mənəvi məsələlərə həssas yanaşmaq bütün klub rəsmilərinin, o cümlədən Ponomoryovun da boynunun borcudur. 

Ümid edək ki, klub rəhbərliyi 1960-cı ildə Bakıda doğulmuş adama bu yöndə iradlarını bildirərək təlimatlandıracaq, hətta növbəti səfər qarşılaşmasından öncə Tovuzdakı ŞƏHİDLƏR XİYABANINI ziyərət etməyi, başında olsa, real, olmasa, xəyalən panamasını çıxarmağı tapşıracaq. Axı Ponomaryov Panamada doğulmayıb...

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://fanat.az
archiveBu xəbər 26 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri