Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“San-Antonio”nun əfsanəvi məşqçisi Qreqq Popoviç sağlamlıq durumu ilə bağlı problem üzündən karyerasını başa vurub."Football-plus.az" xəbər verir ki, ötən ilin noyabrında insult keçirən 76 yaşlı mütəxəssis həmin vaxtdan bəri komandasının MBA-dakı oyunlarında görünməyib.
Bundan sonra klubda başqa vəzifədə çalışacaq amerikalı postunu liqada qələbə sayına görə rekordçu statusu ilə tərk edir.Popoviç 29 ildən sonra “San-Antonio”dan ayrılır – o, bu müddətdə komandanı 5 dəfə çempion edib, “Spers”lə 1422 qələbə qazanıb.
MBA-nın Şöhrət zalında yeri haqq edən təcrübəli mütəxəssis son mövsümdə, demək olar ki, ehtiyat oyunçular skamyasından basketbolçularına göstəriş verə bilmədi – cəmi 5 oyunda iş başında oldu, qalan 77 oyunda isə köməkçisi Mitç Conson məsuliyyəti boynuna götürdü.
76 yaşlı mütəxəssis mövsümboyu sağlamlıq problemlərinə görə əziyyət çəkdi.Popoviç baş məşqçi postunu tərk etsə də, “San-Antonio”nun klub strukturunda qalır.
O, bundan sonra klub prezidenti kimi çalışacaq. Yeni vəzifəsinin icrasına növbəti mövsümdən başlayacaq.
“Associated Press” onun aşağıdakı sözlərinə yer verib: “Oyuna sevgim və ehtirasım qalsa da, baş məşqçi postundan getməyin vaxtının yetişdiyini düşündüm.
“San-Antonio”nun baş məşqçisi kimi xidmət göstərməyimə yardım edən möhtəşəm oyunçulara, həmkarlarıma, personala və azarkeşlərə sonsuz minnətdarlığımı çatdırmaq istəyirəm.