Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Popoviç insultdan sonra işə davam edə bilmədi

Popoviç insultdan sonra işə davam edə bilmədi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“San-Antonio”nun əfsanəvi məşqçisi Qreqq Popoviç sağlamlıq durumu ilə bağlı problem üzündən karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, ötən ilin noyabrında insult keçirən 76 yaşlı mütəxəssis həmin vaxtdan bəri komandasının MBA-dakı oyunlarında görünməyib. Bundan sonra klubda başqa vəzifədə çalışacaq amerikalı postunu liqada qələbə sayına görə rekordçu statusu ilə tərk edir.
Popoviç 29 ildən sonra “San-Antonio”dan ayrılır – o, bu müddətdə komandanı 5 dəfə çempion edib, “Spers”lə 1422 qələbə qazanıb. MBA-nın Şöhrət zalında yeri haqq edən təcrübəli mütəxəssis son mövsümdə, demək olar ki, ehtiyat oyunçular skamyasından basketbolçularına göstəriş verə bilmədi – cəmi 5 oyunda iş başında oldu, qalan 77 oyunda isə köməkçisi Mitç Conson məsuliyyəti boynuna götürdü. 76 yaşlı mütəxəssis mövsümboyu sağlamlıq problemlərinə görə əziyyət çəkdi.
Popoviç baş məşqçi postunu tərk etsə də, “San-Antonio”nun klub strukturunda qalır. O, bundan sonra klub prezidenti kimi çalışacaq. Yeni vəzifəsinin icrasına növbəti mövsümdən başlayacaq. “Associated Press” onun aşağıdakı sözlərinə yer verib:

“Oyuna sevgim və ehtirasım qalsa da, baş məşqçi postundan getməyin vaxtının yetişdiyini düşündüm. “San-Antonio”nun baş məşqçisi kimi xidmət göstərməyimə yardım edən möhtəşəm oyunçulara, həmkarlarıma, personala və azarkeşlərə sonsuz minnətdarlığımı çatdırmaq istəyirəm. Mənim üçün çox vacib olan klubu və şəhəri bundan sonra da dəstəkləmək imkanı qazandığıma görə çox şadam”.


Bir daha xatırladaq ki, təcrübəli mütəxəssis ötən il noyabrın 2-də kiçik insult keçirib. Bu hadisə “Minnesota” ilə çempionat oyunundan əvvəl baş verib. Popoviç dekabrda başına gələnləri belə anlatmışdı:

“Mən və ailəm üçün gözlənilməz altı həftəni arxada qoyduq. Bu müddətdə gördüyüm dəstəyin səviyyəsi məni şoka saldı. Hər birinizə ayrıca təşəkkür etmək istəsəm də, indiki mərhələdə, sadəcə, özümün və ailəmin sizə əbədi minnətdar olduğumuzu deməyə imkanım var. Möhtəşəm klubumuza, yaxınlarımıza və dostlarımıza təşəkkür edirəm”.

Popoviç apreldə bir daha xəstəxanaya düşdü: restoranda qəfil huşunu itirdi. Ətrafdakılar dərhal ünlü məşqçini xərəkdə təcili yardım maşınına çatdırdılar. Qreqq artıq maşında özünə gəlmişdi, danışırdı. Bir neçə gündən sonra xəstəxanadan buraxılsa da, artıq fəal məşqçi karyerasından söhbət gedə bilməzdi.
Popoviçin köməkçisi Mitç Consonun ümidinə qalan “San-Antonio” Şərq konfransında müntəzəm çempionatda 13-cü yeri tutmaqla pley-offa vəsiqə qazana bilmədi. Qreqq “Spers”i 1996-cı ildən bəri çalışdırırdı, bu müddətdə iki dəfə klubla paralel ABŞ yığmasının da “sükanı arxasında” olmuşdu.
Onun üç dəfə MBA-da ilin məşqçisi sayıldığını da xatırladaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri