525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkan TURAN"Porno" kəlməsinin dünyaya İstanbuldan yayıldığını bilirdiniz?
Hətta pornonun ilk dəfə burada yarandığını desək, daha dəqiq olar. Özü də, düz İstanbulun qəlbindən - Sultanəhməd meydanından.
Belə bir faktın izi ilə Pornai küçəsinə üz tutdum. Küçə bu gün Sultanəhməd meydanının yuxarısında yerləşir.
Vaxtilə bura fahişələrin oylağı, əyləncənin mərkəzi idi. İndi isə turistlərin qaynadığı bölgə olmağına baxmayaraq, ən səliqəli və təmiz küçə
Ərazidə elə bir sakitlik hökm sürür ki, bir vaxtlar buranın eyş-işrət yuvası olduğuna inanmaqda insan çətinlik çəkir.
Amma fakt faktdır, küçə e.ə. IV-XI əsrlərdə Bizansın əyləncə həyatının bir nömrəli ünvanı idi.
Lap əvvəllər uzunluğu sahilə qədər gedib çıxırdı - teatrlar, meyxanələr, əyləncə mərkəzlərinin sıra-sıra düzüldüyü, gecə-gündüz sərxoşların nəriltisinin, qadınların qəhqəhəsinin kəsilmədiyi, davaların əskik olmadığı, qanların töküldüyü məkan.