Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Pornonun tarixi Türkan Turan yazır

Pornonun tarixi Türkan Turan yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkan TURAN

"Porno" kəlməsinin dünyaya İstanbuldan yayıldığını bilirdiniz? Hətta pornonun ilk dəfə burada yarandığını desək, daha dəqiq olar. Özü də, düz İstanbulun qəlbindən - Sultanəhməd meydanından. Belə bir faktın izi ilə Pornai küçəsinə üz tutdum.

Küçə bu gün Sultanəhməd meydanının yuxarısında yerləşir. Vaxtilə bura fahişələrin oylağı, əyləncənin mərkəzi idi. İndi isə turistlərin qaynadığı bölgə olmağına baxmayaraq, ən səliqəli və təmiz küçədir desəm, yanılmaram. Ərazidə elə bir sakitlik hökm sürür ki, bir vaxtlar buranın eyş-işrət yuvası olduğuna inanmaqda insan çətinlik çəkir. Amma fakt faktdır, küçə e.ə. IV-XI əsrlərdə Bizansın əyləncə həyatının bir nömrəli ünvanı idi. Lap əvvəllər uzunluğu sahilə qədər gedib çıxırdı - teatrlar, meyxanələr, əyləncə mərkəzlərinin sıra-sıra düzüldüyü, gecə-gündüz sərxoşların nəriltisinin, qadınların qəhqəhəsinin kəsilmədiyi, davaların əskik olmadığı, qanların töküldüyü məkan.

O vaxtlar buranın şöhrətinin uzaq ellərə yayılmağı təsadüf deyil. Yeri gəlmişkən, "Pornio" küçəsinin adı latınca "fahişə" mənası verən "porne" kəlməsindən gəlir.

Küçənin başlanğıcında gözəl binalar var. Ortasından isə Osmanlı dönəmində inşa edilən Pargalı İbrahim Paşa sarayı keçir. Nəhəng saray Pornai küçəsinin yarısının yox olmağına səbəb olub. Küçənin hazırkı adı Asmalı Çeşmədir.

Teodoranın hekayəsi

Küçənin hekayəsi Teodora ilə canlanır.

500-cü ildə dünyaya gələn Teodora üç bacıdan biri idi. Hipodromda işləyən atası öldükdən sonra ailəsinə çörək pulu qazanmaq üçün anası Pornai Küçəsindəki teatrda pantomim göstərən qrupa qoşulur. 513-cü ildə isə böyük bacısı Komito anasının yerinə keçir. Köməkçisi də balaca Teodora olur. Birlikdə tamaşa nümayiş etdirirlər. Əslində Teodoranın beyni başqa yerdə olur. Ən böyük arzusunda... Hə, rəqs onun xəyalı idi və bunun üçün yaradıldığına inanırdı. Hətta həmin ərəfədə Konstantinopolda Krismolla adı ilə tanınan dönəmin məşhur rəqs ulduzu və anasının rəfiqəsi İndoradan gizli-gizli rəqs dərsləri öyrənməyə başlayır. Aradan üç il keçir. Konstantinopolda eyni küçədə yeni açılan Böyük Teatrın ulduzu artıq Teodoradır. Onu seyr etmək üçün günlər əvvəldən yer ayırtmaq lazım idi. Teodora səhnə performansından sonra yemək yemək üçün yenə həmişəki kimi dönəmin məşhur meyxanəsi Barbarioya gedir. Çox vaxt da gecələri orada seçdiyi gənclərlə keçirirdi. Axırda olan olur. Gənc qız hamilə qalır. Gizli şəkildə o vaxtki Selemriaya, yəni bugünkü Silivriyə köçür və bətnindəki qız övladını orada dünyaya gətirir. Hamiləlik müddətində tanış olduğu və Liviyanın Pentapol əyalətinə rəhbər olaraq təyin edilən Hekebolus adlı komandirlə tanış olur. Doğuşdan sonra onunla ailə qurmaq istəyən komandirin təklifini sevincək qəbul edir. Qızını anasına əmanət edərək komandirlə birlikdə yola çıxır. Komandir Pentapola çatandan sonra evlənmək fikrindən daşınır. Teadora bu dönüklükdən sonra plan qurur və sevgilisinin yanından qaçmağa qərar verir.

Hər son yeni bir başlanğıcdır

Əvvəlcə İnkəndəriyəyə gedir. Bəxt üzünə elə orada gülməyə başlayır. Çünki bu şəhərdə həyatını büsbütün dəyişdirəcək olan Makedonia adlı rəqqasə ilə tanış olur. Əslində Makedonia adlı bu qız rəqqasə adı altında gizlənən cəsus idi. Bizans İmperatoru olan dayısı I Yustinianın Şərqdəki ən etibarlı adamı, eyni zamanda fitri istedadlı rəqqasə idi. Onu seyr etməyə gələnlərin çoxu dövlət adamları olurdu. Performansını sərgilədikdən sonra həmin adamlarla oturur, əlaqələr yaradır, onlardan aldığı məlumatları İmperator Yustiniana ötürürdü.

Həmin ərəfələrdə Konstantinopola gələn Makedonia, özü ilə birlikdə Teodoranı da gətirir. Sabahın erkən saatı olmağına rəğmən, çöldə isti hava vardı o gün. Böyük Saraydakı otağının qapısı döyülür. Mabeyincilərdən biri Makedonia adlı bir qadının imperatoru görmək istədiyini deyir. Yustinian qızın dərhal içəri gətirilməyini əmr edir. Deyir ki, "danış görək, bizə Şərqdən nə xəbərlər gətirmisən". Qız, Suriya, Fələstin, Misir və digər ölkələrlə bağlı əldə etdiyi sirləri tək-tək danışır. Yustinian da qeydlərini aparır. Makedonianın məlumatlandırma mərhələsi bitdikdən sonra, "Sizə sürprizim var" deyir və əlavə edir, "gələn həftə Pornai küçəsindəki Koppius Teatrına gəlməlisiniz. İnanın, peşman olmayacaqsınız. Bilirsiniz, mən, çox bacarıqlı rəqqasəyəm. Amma elə birini tapmışam ki, sözün bütün mənasında möhtəşəmdir. Rəqs aləmində belə biri nə bu günə qədər dünyaya gəlib, nə də bundan sonra gələcək".

Makedonianın bəhs etdiyi Teodora idi. Yustinian onun mədhini eşitmişdi, ancaq işlərin çoxluğundan gedib izləmək imkanı tapa bilməmişdi. Makedonianın həddən artıq israrı onu iş proqramını dəyişdirməyə vadar edir. Adamlarından birini göndərir. Səhnənin qarşısında lojadan yer ayırdır, adının da gizli saxlanılması əmrini verir. O axşam sadə vətəndaş kimi geyinir, yanına da sivil geyimli iki mühafizəçisini alır, teatr binasına gedir. Dünya tarixi o gecədən sonra dəyişir.

Yenidən yazılan tarix

Teodora Yustinianı elə ovsunlayır, ağlını başından elə alır ki, imperatorun gözü heç nəyi və heç kimi görmür. Onu seyr etdiyi günün axşamı saraya məxsus libas geyinən və üzündən zəhər tökülən şəxs qıza xəbər gətirir, "İmperator Yustinian sizi sabah axşam Bukoleon Sarayında şam yeməyi üçün gözləyir. Sabah saat beşdə evinizdən kəcavanla alınacaqsınız" dediyi andan etibarən olanlar olur.

Bu eşq, Yustinianın qanunları heçə saymağına səbəb olmuşdu. Qanunlara görə, imperator, soylu olmayan heç kimlə ailə qura bilməzdi. Buna görə də, Yustinian yeni qanun yazır və həmin maddəni çıxardır. Sonra da küçə rəqqasəsi olan Teodora ilə Ayasofya Kilsəsində görkəmli bir törənlə evlənir.

Təbii ki, Teodora Yustinianla tanış olana qədər Rəqqasə olduğunu başına vuranlar çox olur. Keçirdiyi yüngül həyat tərzinə görə çox qınaqlara məruz qalır. Amma o hər şeyə rəğmən, hamıya meydan oxuyur və qədim imperatorluğun ən güclü imperatriçası olmağı bacarır.

Qısacası, Roma tarixindəki ən əhəmiyyətli fiqurlardan biri olan Teodoranın, fahişəlikdən imperatriçəliyə uzanan yolunun kilid nöqtəsidir, Pornai küçəsi.

Kitabların ən maraqlı paraqrafları...

Yazıçı və tarixçi Radi Dikicinin dilindən, jurnalist Uncal Hılıc tərəfindən qələmə alınan "Teodora" adlı kitabda imperator Yustinianın xanımı Teodoranın həyatını, keçmişini, imperatriça olduğu dönəmlərdən ətraflı bəhs edilir. Bu kitabda porno kəlməsinin kökünün Konstantinopoldan yayıldığı tarixi faktlarla isbat edilir. Bundan əlavə, yazıçı Naci Adıgözəlin "Pornai" adlı əsərində dönəmin araba yarışı tərəfdarları arasındakı rəqabətin, çəkişmələrin yenə bu küçədə keçdiyi diqqət çəkir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:560
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri