Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Postmüharibə dövründə əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası dövlətin əsas prioritetlərindən biri olaraq qalır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi sahəsində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
Sədr bildirib ki, postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 3 747 müharibə iştirakçısına reabilitasiya xidmətləri göstərilib. Onun sözlərinə görə, müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxs 88,4 min reabilitasiya vasitəsi ilə təmin edilib, 500-dən çox şəxsə isə 620 ədəd yüksək texnologiyalı protez təqdim olunub.
Zeynəb Rzayeva