Postmüharibə dövründə minlərlə müharibə iştirakçısına reabilitasiya xidməti göstərilib
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Postmüharibə dövründə əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası dövlətin əsas prioritetlərindən biri olaraq qalır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi sahəsində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
Sədr bildirib ki, postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 3 747 müharibə iştirakçısına reabilitasiya xidmətləri göstərilib. Onun sözlərinə görə, müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxs 88,4 min reabilitasiya vasitəsi ilə təmin edilib, 500-dən çox şəxsə isə 620 ədəd yüksək texnologiyalı protez təqdim olunub.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















