Postun yanında kobud qayda pozan taksi sürücüsü saxlanıldı Maşında əlil uşaq var idi... Vİ…
Icma.az bildirir, Avtosfer portalına istinadən. Bakı-Şamaxı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtomobilin videoreg
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 4-də saat 19:08 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad postunun yaxınlığı
Kadrdan da göründüyü kimi, 99-HP-119 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü ardıcıl olaraq manevr qaydasını pozub.
Belə ki, o, təhlükəli formada zolaqları dəyişməklə riskli manevrlər edib və bu vaxt digər hərəkət iştirakçılarına qəza şəraiti yaradıb.
Ardınca qayda pozan sürücü postdan sonrakı piyada keçidində piyadalara yol verən maşına çırpılmaqdan son anda yayınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən sürücü - Füzuli rayonu, Dövlətyarlı kənd sakini Əlizadə Elşən Bilal oğlu müəyyən olunaraq saxlanılıb.
Taksi fəaliyyətiylə məşğul olan sürücü açıqlamasında bildirib ki, avtomobilində olan fiziki məhdudiyyətli azyaşlı sərnişinin halı qəfil pisləşib.
Bu səbəbdən o, uşağı təcili xəstəxanaya çatdırmaq üçün qaydaları pozmaq məcburiyyətində qaldığını vurğulayıb.
Tam oxu
Xəbəri oxu