Postun yanında kobud qayda pozan taksi sürücüsü saxlanıldı Maşında əlil uşaq var idi... VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bakı-Şamaxı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 4-də saat 19:08 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad postunun yaxınlığında qeydə alınıb. Kadrdan da göründüyü kimi, 99-HP-119 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü ardıcıl olaraq manevr qaydasını pozub. Belə ki, o, təhlükəli formada zolaqları dəyişməklə riskli manevrlər edib və bu vaxt digər hərəkət iştirakçılarına qəza şəraiti yaradıb.
Ardınca qayda pozan sürücü postdan sonrakı piyada keçidində piyadalara yol verən maşına çırpılmaqdan son anda yayınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən sürücü - Füzuli rayonu, Dövlətyarlı kənd sakini Əlizadə Elşən Bilal oğlu müəyyən olunaraq saxlanılıb.
Taksi fəaliyyətiylə məşğul olan sürücü açıqlamasında bildirib ki, avtomobilində olan fiziki məhdudiyyətli azyaşlı sərnişinin halı qəfil pisləşib. Bu səbəbdən o, uşağı təcili xəstəxanaya çatdırmaq üçün qaydaları pozmaq məcburiyyətində qaldığını vurğulayıb.
Qeyd edək ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq edilib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 05 Sentyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















