Premyer Liqa klubu portuqaliyalı məşqçi ilə anlaşdı RƏSMİ

19.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İngiltərənin "Vulverhempton" klubunda yeni baş məşqçi təyinatı reallaşıb. 

Fanat.Az xəbər verir ki, "canavarlar" rəsmi saytı vasitəsilə Vitor Pereyranın təyinatını elan edib. 

56 yaşlı mütəxəssis Premyer Liqa klubu ilə 1 il yarımlıq müqavilə imzalayıb. 

“Vulverhempton”a təyinatdan əvvəl Pereyra BƏƏ-nin “Əl-Şabab” komandasını çalışdırıb. O, müxtəlif ölkələrdə, xüsusən də Yunanıstan, Türkiyə və Braziliyada iş təcrübəsinə malikdir. Pereyra “Flamenqo”, “Korintians”, “Fənərbaxça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo” kimi komandaları çalışdırıb.

"Canavarlar" bir neçə gün əvvəl Qari Onili istefaya göndərmişdi. "Vulverhempton" hazırda Premyer Liqanın turnir cədvəlində 19-cu yerdədir.

Mirağa 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью