Premyer Liqa klubu portuqaliyalı məşqçi ilə anlaşdı RƏSMİ
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
İngiltərənin "Vulverhempton" klubunda yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, "canavarlar" rəsmi saytı vasitəsilə Vitor Pereyranın təyinatını elan edib.
56 yaşlı mütəxəssis Premyer Liqa klubu ilə 1 il yarımlıq müqavilə imzalayıb.
“Vulverhempton”a təyinatdan əvvəl Pereyra BƏƏ-nin “Əl-Şabab” komandasını çalışdırıb. O, müxtəlif ölkələrdə, xüsusən də Yunanıstan, Türkiyə və Braziliyada iş təcrübəsinə malikdir. Pereyra “Flamenqo”, “Korintians”, “Fənərbaxça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo” kimi komandaları çalışdırıb.
"Canavarlar" bir neçə gün əvvəl Qari Onili istefaya göndərmişdi. "Vulverhempton" hazırda Premyer Liqanın turnir cədvəlində 19-cu yerdədir.
Mirağa
Baxış sayı:139
Bu xəbər 19 Dekabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















