Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib

20.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XII tura start verilib.

AZƏRTAC xəbər verir ki, açılış matçında “Zirə” səfərdə “İmişli”nin qonağı olub. Yevlax şəhər stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 44-cü dəqiqədə qonaqların heyətində Davit Volkov açıb. Bakı təmsilçisi 55-ci dəqiqədə Rikardu Martinş ilə fərqi iki topa çatdırıb. Lakin ruhdan düşməyən nominal meydan sahibləri qazanılan iki penaltini qola çeviriblər. Hər iki epizodda Seyxan Fərəcov fərqlənib.

Hazırda “Zirə” 20 xalla turnir cədvəlinin dördüncü, “İmişli” isə 12 xalla səkkizinci pilləsində yer alır.

Qeyd edək ki, tura noyabrın 22-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью