Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XII tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış matçında “Zirə” səfərdə “İmişli”nin qonağı olub. Yevlax şəhər stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 44-cü dəqiqədə qonaqların heyətində Davit Volkov açıb. Bakı təmsilçisi 55-ci dəqiqədə Rikardu Martinş ilə fərqi iki topa çatdırıb. Lakin ruhdan düşməyən nominal meydan sahibləri qazanılan iki penaltini qola çeviriblər. Hər iki epizodda Seyxan Fərəcov fərqlənib.
Hazırda “Zirə” 20 xalla turnir cədvəlinin dördüncü, “İmişli” isə 12 xalla səkkizinci pilləsində yer alır.
Qeyd edək ki, tura noyabrın 22-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:Premyer Liqa: “Zirə” “Şamaxı” ilə oyunda qələbəni əldən verib
07 Aprel 2026 19:13
Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib
08 May 2026 18:30
Premyer Liqa: Zirə İmişli ilə heç heçə etdi
20 Noyabr 2026 16:32
Premyer Liqa: Zirə İmişli yə qalib gələ bilmədi
26 Sentyabr 2025 17:32
Baxış sayı:101
Bu xəbər 20 Noyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















