Premyer Liqada hakimlər 6 səhv qərar verdi

18.11.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Premyer Liqada hakimlər 6 səhv qərar verdi

İngiltərə Premyer Liqasının Hakimlərin Mübahisəli Epizodlar üzrə Komitəsi (KMI) ötən turda 6 səhv qərar verildiyini müəyyənləşdirib.

QOL.az xəbər verir ki, BBC-nin məlumatına görə, ötən turda “Everton” - “Koventri”, “Arsenal” - “Hall Siti”, “Tottenhem” və “Liverpul”un oyunlarında hakim qərarları müzakirələrə səbəb olub. Komitə iki epizodda isə həm meydandakı qərarı, həm də VAR müdaxiləsinin olmamasını səhv sayıb.

“Everton” - “Koventri” matçında Ceyms Tarkovskinin Kaleb Yirenkinin saçından dartmasına görə penalti verilməməsi yanlış qərar hesab edilib. “Arsenal” - “Hall Siti” görüşündə isə Kay Havertsə qarşı müdaxilədən sonra penalti təyin olunmaması da  səhv sayılıb.

Qeyd edək ki, bu, qurumun bir tur ərzində qeydə aldığı ən yüksək göstəricilərdən biridir. Sonuncu dəfə 6 səhv qərar 2023/24 mövsümünün əvvəlində qeydə alınmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью