Premyer Liqada hakimlər 6 səhv qərar verdi
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının Hakimlərin Mübahisəli Epizodlar üzrə Komitəsi (KMI) ötən turda 6 səhv qərar verildiyini müəyyənləşdirib.
QOL.az xəbər verir ki, BBC-nin məlumatına görə, ötən turda “Everton” - “Koventri”, “Arsenal” - “Hall Siti”, “Tottenhem” və “Liverpul”un oyunlarında hakim qərarları müzakirələrə səbəb olub. Komitə iki epizodda isə həm meydandakı qərarı, həm də VAR müdaxiləsinin olmamasını səhv sayıb.
“Everton” - “Koventri” matçında Ceyms Tarkovskinin Kaleb Yirenkinin saçından dartmasına görə penalti verilməməsi yanlış qərar hesab edilib. “Arsenal” - “Hall Siti” görüşündə isə Kay Havertsə qarşı müdaxilədən sonra penalti təyin olunmaması da səhv sayılıb.
Qeyd edək ki, bu, qurumun bir tur ərzində qeydə aldığı ən yüksək göstəricilərdən biridir. Sonuncu dəfə 6 səhv qərar 2023/24 mövsümünün əvvəlində qeydə alınmışdı.
Baxış sayı:34
Bu xəbər 18 Noyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















