Icma.az, Newscenter.az portalına istinadən məlumat verir. "Azərbaycan qonşularla sülh və qarşılıqlı anlaşma əsasında münasibətlərin möhkəmlə
Ölkəmiz davamlı inkişaf yolunda irəliləyir, beynəlxalq tərəfdaşları ilə etibarlı, qarşılıqlı faydalı və strateji əməkdaşlıq qurur.
Ölkə başçımızın Davosdakı müsahibəsi isə Azərbaycanın bu prinsiplərə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirir".Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsini şərh edərkən səsləndirib.
O bildirib ki, müsahibədə dövlət başçısı ölkəmizin beynəlxalq gündəmdəki mövqeyini, regional və qlobal əməkdaşlığa dair siyasətini geniş auditoriyaya çatdırıb və Azərbaycanın sülh, inkişaf və tərəfdaşlıq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirib:"Həmçinin ölkə başçısı jurnalistin, İran sizin qonşunuzdur.
Orada cərəyan edən böhranla əlaqədar Azərbaycan hansı mövqedən çıxış edir?
Sualınada cavab olaraq bildirmişdir ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir.
Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil.
Bütün potensial risklər kənardan qaynaqlana bilər".Anar Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.