Prezident Azərbaycanın sülh, inkişaf və tərəfdaşlıq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirib
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
"Azərbaycan qonşularla sülh və qarşılıqlı anlaşma əsasında münasibətlərin möhkəmləndirilməsinə, regionda dayanıqlı sabitliyin təmin olunmasına xüsusi önəm verir. Ölkəmiz davamlı inkişaf yolunda irəliləyir, beynəlxalq tərəfdaşları ilə etibarlı, qarşılıqlı faydalı və strateji əməkdaşlıq qurur. Ölkə başçımızın Davosdakı müsahibəsi isə Azərbaycanın bu prinsiplərə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsini şərh edərkən səsləndirib. O bildirib ki, müsahibədə dövlət başçısı ölkəmizin beynəlxalq gündəmdəki mövqeyini, regional və qlobal əməkdaşlığa dair siyasətini geniş auditoriyaya çatdırıb və Azərbaycanın sülh, inkişaf və tərəfdaşlıq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirib:
"Həmçinin ölkə başçısı jurnalistin, İran sizin qonşunuzdur. Orada cərəyan edən böhranla əlaqədar Azərbaycan hansı mövqedən çıxış edir? Sualınada cavab olaraq bildirmişdir ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər".
Anar
Bu mövzuda digər xəbərlər:Euronews: AIIF 2025 Azərbaycanın iqtisadiyyatın diversifikasiyasına sadiqliyini nümayiş etdirib
03 Oktyabr 2025 22:31
Azərbaycanın D8ə qoşulması, ölkəmizin multilateralizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirir
20 Dekabr 2024 11:28
Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib
23 Sentyabr 2025 11:46
“TimeTürk”: Azərbaycanın mövqeyi Parisin müstəmləkəçi simasını dünyaya bir daha nümayiş etdirib
09 Sentyabr 2025 13:28
Baxış sayı:94
Bu xəbər 22 Yanvar 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















