Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Vüsal Cahangir oğlu Xəlilov, Əli İsmayıl o
Hurriyyet.az onların dosyelərlərini təqdim edir: Vüsal Cahangir oğlu Xəlilov - 1987-cı ildə Şəki şəhərində anadan olub.
2008-ci ildə Bakı Dövlət Universitetində informatika ixtisası üzrə bakalavr, 2011-ci ildə isə magistr təhsili alıb.
2015 – 2017-ci illərdə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramı üzrə magistr təhsili alıb.
2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində tətbiqi psixologiya ixtisası üzrə magistr təhsili alır.
2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis, 2010 – 2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı, 2011 – 2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya kommunikasiya texnologiyaları departamentində əvvəl kiçik proqramçı, sonra proqramçı, daha sonra aparıcı proqramçı vəzifələrində çalışıb.