Icma.az
close
up
RU
PREZİDENT BU ŞƏXSLƏRİ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ Adlar + DOSYELƏR

PREZİDENT BU ŞƏXSLƏRİ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ Adlar + DOSYELƏR

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Vüsal Cahangir oğlu Xəlilov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev və Gülər Azər qızı Paşayeva Azərbaycan Mərkəzi Bankı sədrinin müavinləri təyin ediliblər.

Hurriyyet.az onların dosyelərlərini təqdim edir:

Vüsal Cahangir oğlu Xəlilov -  1987-cı ildə Şəki şəhərində anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetində informatika ixtisası üzrə bakalavr, 2011-ci ildə isə magistr təhsili alıb. 2015 – 2017-ci illərdə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramı üzrə magistr təhsili alıb. 2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində tətbiqi psixologiya ixtisası üzrə magistr təhsili alır.

2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis, 2010 – 2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı, 2011 – 2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya kommunikasiya texnologiyaları departamentində əvvəl kiçik proqramçı, sonra proqramçı, daha sonra aparıcı proqramçı vəzifələrində çalışıb. 2021-ci ilin yanvar ayından 2024-cü ilin may ayınadək həmin bankın texnologiya blokunun baş direktoru vəzifəsində çalışıb. 2024-cü ilin may ayından Azərbaycan Mərkəzi Bankının 10 baş direktorundan biridir. Evlidir, üç övladı var.

Əli İsmayıl oğlu Əhmədov - 1982-ci ildə Naxçıvan şəhərində anadan olub.  2004-cü ildə Türkiyə Cumhuriyyətinin Qazi Universitetini “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2006-cı ildə Odlar Yurdu və ABŞ-nin Corciya dövlət universitetinin birgə proqramı olan “Biznesin idarə olunması” ixtisası üzrə MBA proqramını magistr dərəcəsi ilə, 2014-cü ildə isə ABŞ Cons Hopkins Universitetini “Dövlət siyasəti” üzrə beynəlxalq magistr dərəcəsiilə bitirib.

Əmək fəaliyyətinə Mərkəzi Bankda 2004-cü ilin avqust ayında Monetar siyasət departamentinin Monetar təhlil və proqnozlaşdırma şöbəsində iqtisadçı vəzifəsində başlayıb. 2020-ci ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib. 2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.. Ailəlidir, 2 övladı var.

Toğrul Nəcəfəli oğlu Əliyev - 1983-cü ildə Bakı şəhərində anadan olub.  2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2023-cü ildə Böyük Britaniyanın Şeffild Universitetini “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində başlamış, məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2019-2024-cü illərdə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri olaraq fəaliyyət göstərib. 2020-ci ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib. 2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.

Gülər Azər qızı Paşayeva - 1989-cu ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin “Kommersiya hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib. 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını başa vurub.

Əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də “Port Baku” şöbəsinin kassiri vəzifəsilə başlamış, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentin Korporativ katiblik şöbəsinin kolleqial orqanlar ilə iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin hüquq məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb. 2022-ci ilin iyun ayında Azərbaycan Respublikası Mərkəzi Bankında sədrin müşaviri vəzifəsinə təyin edilib. 2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Ailəlidir. (AzPolitika)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Dekabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri