Prezident dünyaya sübut etdi ki, tarixi yaxşıya doğru dəyişmək mümkündür Açıqlama | Icma.a…
Olke.az saytına istinadən Icma.az xəbər verir. “III Şuşa Qlobal Media Forumu böyük tarixi və siyasi əhəmiyyət daşıyır.
Bunun üçün ötən beş ilə diqqət yetirmək kifayətdir. Beş il tarix üçün çox qısa, hətta bir an kimi görünə biləcək zaman ölçüsüdür.
Lakin bu gün işğaldan azad olan Şuşa və Xankəndi kimi şəhərlərinin qısa zaman kəsiyində qlobal dialoq platformalarına ev sahibliyi etməsi faktı, bizi məcbur edir ki, cəmi beş il öncə bu bölgənin hansı vəziyyətdə olduğunu xatırlayaq”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat vurğulayıb ki, 1991-ci ildən etibarən Ermənistanın və onun yaratdığı yerli hərbi xuntanın işğalı nəticəsində bu ərazilər beynəlxalq hüququ tanımayan, separatçı rejimin və narkotranzitin mərkəzinə çevrilmişdi: “Azərbaycan isə bu işğala yalnız ərazi bütövlüyünü bərpa etməklə cavab vermədi.
Prezident İlham Əliyevin liderliyi ilə xalqımız həm də ədaləti bərpa etdi, tarixə yeni - şanlı bir səhifə yazdı.
Prezident İlham Əliyev dünyaya sübut etdi ki, tarixi yaxşıya doğru dəyişmək mümkündür.
Bu baxımdan III Şuşa Qlobal Media Forumu hər şeydən əvvəl, Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin simasında ədalətin təntənəsi, haqqın və haqq səsimizin yenilməzliyinin bariz nümunəsi oldu”, - Fəzail İbrahimli qeyd edib.
Tam oxu
Xəbəri oxu