Icma.az
close
up
RU
Prezident dünyaya sübut etdi ki, tarixi yaxşıya doğru dəyişmək mümkündür Açıqlama

Prezident dünyaya sübut etdi ki, tarixi yaxşıya doğru dəyişmək mümkündür Açıqlama

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“III Şuşa Qlobal Media Forumu böyük tarixi və siyasi əhəmiyyət daşıyır. Bunun üçün ötən beş ilə diqqət yetirmək kifayətdir. Beş il tarix üçün çox qısa, hətta bir an kimi görünə biləcək zaman ölçüsüdür. Lakin bu gün işğaldan azad olan Şuşa və Xankəndi kimi şəhərlərinin qısa zaman kəsiyində qlobal dialoq platformalarına ev sahibliyi etməsi faktı, bizi məcbur edir ki, cəmi beş il öncə bu bölgənin hansı vəziyyətdə olduğunu xatırlayaq”. 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat vurğulayıb ki, 1991-ci ildən etibarən Ermənistanın və onun yaratdığı yerli hərbi xuntanın işğalı nəticəsində bu ərazilər beynəlxalq hüququ tanımayan, separatçı rejimin və narkotranzitin mərkəzinə çevrilmişdi: “Azərbaycan isə bu işğala yalnız ərazi bütövlüyünü bərpa etməklə cavab vermədi. Prezident İlham Əliyevin liderliyi ilə xalqımız həm də ədaləti bərpa etdi, tarixə yeni - şanlı bir səhifə yazdı. Prezident İlham Əliyev dünyaya sübut etdi ki, tarixi yaxşıya doğru dəyişmək mümkündür. Bu baxımdan III Şuşa Qlobal Media Forumu hər şeydən əvvəl, Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin simasında ədalətin təntənəsi, haqqın və haqq səsimizin yenilməzliyinin bariz nümunəsi oldu”, - Fəzail İbrahimli qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Forum çərçivəsində müxtəlif mövzular üzrə jurnalistlərin suallarına verdiyi cavablar bir daha sübut etdi ki, Azərbaycan yalnız milli maraqlarını müdafiə etmir, eyni zamanda, beynəlxalq hüququn, işğala və ədalətsizliyə məruz qalan xalqların da yanında yer alır. “Dövlətimiz daim haqqa və ədalətə sadiq mövqe sərgiləyir və bu prinsipləri qoruyub saxlayır. Ermənistan baş nazirinin bir vaxtlar səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatın yanlışlığı və bunun siyasi nəticələri, Forumda diplomatik dillə və siyasi dəqiqliklə ifadə olundu. Bu, həm xalqın iradəsinin, həm də “dəmir yumruğun” yaratdığı reallığın işğalçı siyasət qarşısında nə qədər güclü və sarsılmaz olduğunu göstərən bariz nümunə idi.

Məhz bu səbəbdən Azərbaycan Prezidentinin Avropanın mərkəzi sayılan Ukraynadan olan jurnalistin “Siz Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz?” sualına cavabı əsl siyasət və tarix dərsi kimi yadda qaldı: “İşğalla barışmayın. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi”. Prezident İlham Əliyevin bu mesajı aparıcı beynəlxalq media orqanlarında əsas xəbər başlıqlarından birinə çevrildi. Forumda müzakirəyə çıxarılan mövzuların aktuallığı, səslənən fikirlərin, təşəbbüs və təkliflərin məzmun dolğunluğu bir daha sübut edir ki, Azərbaycan bu gün artıq yalnız regional deyil, həm də qitələrarası fikir mübadiləsinin, enerji təhlükəsizliyinin və sülh təşəbbüslərinin yeni mərkəzinə çevrilib”, - deyə deputat vurğulayıb.

Deputat qeyd edib ki, Forumda Azərbaycanın reallıqları içərisində, xüsusilə iqtisadi nailiyyətlərə diqqət yetirilib: “Qeyd olunub ki, ölkəmizin enerji sahəsində əldə etdiyi böyük uğurlar, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud potensial imkanlar və Azərbaycan qazının Avropaya nəqlinin ikiqat artırılmasının əsas hədəflərdən biri olması geniş müzakirə mövzusu olub. Forumda irəli sürülən təklif və təşəbbüslər, aparılan diskussiyalar Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Çünki müasir dövlətin gücü təkcə onun iqtisadi və hərbi imkanları ilə ölçülmür. Reallıq isə budur ki, cəbhədə savaş bitsə də, informasiya cəbhəsində mübarizə dayanmır. Belə bir mühitdə Azərbaycanın Şuşa Qlobal Media Forumunu təşkil etməsi strateji önəm kəsb edir. İnformasiya savaşındakı mövqeyi, ideoloji hazırlıq da burada mühüm əhəmiyyətə malikdir. Forum Azərbaycanın informasiya siyasətini daha da gücləndirəcək”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 İyul 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri