Prezident: Gürcüstanda sabitliyin pozulması həm bu ölkə, həm də Azərbaycan üçün zərərlidir…
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanda sabitliyin pozulması və ya bu kimi təhlükə Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Dövlət başçısı Gürcüstanda vəziyyətin sabitləşdiyini diqqətə çatdırıb. “Biz buna şadıq.
Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır.
Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.
Prezident Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatının fəaliyyət göstərməsinə diqqət çəkib.
“Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur.
Tam oxu
Xəbəri oxu