Prezident: Gürcüstanda sabitliyin pozulması həm bu ölkə, həm də Azərbaycan üçün zərərlidir
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanda sabitliyin pozulması və ya bu kimi təhlükə Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Dövlət başçısı Gürcüstanda vəziyyətin sabitləşdiyini diqqətə çatdırıb.
“Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.
Prezident Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatının fəaliyyət göstərməsinə diqqət çəkib.
“Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 Dekabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















