Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq. Prezident İlham Əliyev: Çin ilə sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımızın hərt
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı çinli həmkarına ünvanlandığı təbrik məktubunda bildirib: “Çin təqvimi ilə yeni ilin qədəm basma
Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.
Biz Çin ilə sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm veririk.
Əminəm ki, dostluq münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.
Prezident İlham Əliyev bu bayram münasibətilə Si Cinpini bir daha ürəkdən təbrik edib, ona möhkəm cansağlığı, xoşbəxtlik və işlərində uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Oxuməni.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.