Prezident İlham Əliyev: Çin ilə sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm veririk
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin təqvimi ilə yeni ilin başlaması münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpini təbrik edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı çinli həmkarına ünvanlandığı təbrik məktubunda bildirib: “Çin təqvimi ilə yeni ilin qədəm basmasını qeyd edən, təbiətin oyanışının və həyatın yenidən canlanmasının rəmzi olan Çuntsze bayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə, bol ruzi-bərəkət və rifah bəxş etməsini arzulayıram.
Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Biz Çin ilə sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm veririk. Əminəm ki, dostluq münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.
Prezident İlham Əliyev bu bayram münasibətilə Si Cinpini bir daha ürəkdən təbrik edib, ona möhkəm cansağlığı, xoşbəxtlik və işlərində uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 Yanvar 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















