Adelet.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya dövlət səfəri və Qazaxıstan Prezidenti Kasım-
Astanada keçirilən danışıqlar zamanı prezidentlər bir sıra mühüm sənədlər imzaladılar.
Bunlara Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi münasibətilə qəbul edilən Birgə Bəyanat, habelə Ali Hökumətlərarası Şuranın iki qərarı – ikitərəfli əməkdaşlığın inkişafı və Azərbaycan ilə Qazaxıstanın Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiqi daxildir.Bu sənədlər iki ölkə arasında xarici siyasət fəaliyyətlərinin sistemli, daimi və institusional şəkildə əlaqələndirilməsi üçün əsas yaradır ki, bu da bütün türk məkanının daha sıx inteqrasiyası yolunda mühüm addımdır.
Doğrudur, Azərbaycan–Qazaxıstan münasibətləri çoxdan adi tərəfdaşlıq çərçivəsini aşıb.
Bu əlaqələr tarixi, mədəni və mənəvi yaxınlığa, ümumi taleyə və ortaq maraqların dərin dərk olunmasına əsaslanır.Strateji tərəfdaşlıq haqqında Müqavilənin imzalanmasından iyirmi il keçib və bu gün əminliklə demək olar ki, bu illər etimadın, qarşılıqlı hörmətin və dəstəyin möhkəmləndiyi dövr olub.
Azərbaycan və Qazaxıstan energetika, nəqliyyat, rəqəmsal texnologiyalar və humanitar əlaqələr sahəsində birgə layihələri uğurla həyata keçirirlər.Son illərdə nəqliyyat-logistika dəhlizləri sahəsində koordinasiya xüsusi əhəmiyyət kəsb edir.
Xüsusilə Xəzəri, Qafqazı və Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) bu sahədə əsas istiqamətə çevrilib.
Bu marşrut Şərq və Qərb arasında strateji arteriyaya çevrilir, Azərbaycan və Qazaxıstan isə onun fasiləsiz fəaliyyətini təmin edən əsas ölkələr kimi çıxış edirlər.