Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Qazaxıstana səfəri mühüm strateji əhəmiyyət kəsb edir

Prezident İlham Əliyevin Qazaxıstana səfəri mühüm strateji əhəmiyyət kəsb edir

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya dövlət səfəri və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü iki qardaş dövlət arasında dinamik dialoqun davamı olmaqla yanaşı, strateji tərəfdaşlığın möhkəmlənməsində yeni bir mərhələ oldu. Astanada keçirilən danışıqlar zamanı prezidentlər bir sıra mühüm sənədlər imzaladılar. Bunlara Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi münasibətilə qəbul edilən Birgə Bəyanat, habelə Ali Hökumətlərarası Şuranın iki qərarı – ikitərəfli əməkdaşlığın inkişafı və Azərbaycan ilə Qazaxıstanın Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiqi daxildir.

Bu sənədlər iki ölkə arasında xarici siyasət fəaliyyətlərinin sistemli, daimi və institusional şəkildə əlaqələndirilməsi üçün əsas yaradır ki, bu da bütün türk məkanının daha sıx inteqrasiyası yolunda mühüm addımdır. Doğrudur, Azərbaycan–Qazaxıstan münasibətləri çoxdan adi tərəfdaşlıq çərçivəsini aşıb. Bu əlaqələr tarixi, mədəni və mənəvi yaxınlığa, ümumi taleyə və ortaq maraqların dərin dərk olunmasına əsaslanır.

Strateji tərəfdaşlıq haqqında Müqavilənin imzalanmasından iyirmi il keçib və bu gün əminliklə demək olar ki, bu illər etimadın, qarşılıqlı hörmətin və dəstəyin möhkəmləndiyi dövr olub. Azərbaycan və Qazaxıstan energetika, nəqliyyat, rəqəmsal texnologiyalar və humanitar əlaqələr sahəsində birgə layihələri uğurla həyata keçirirlər.

Son illərdə nəqliyyat-logistika dəhlizləri sahəsində koordinasiya xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Xəzəri, Qafqazı və Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) bu sahədə əsas istiqamətə çevrilib. Bu marşrut Şərq və Qərb arasında strateji arteriyaya çevrilir, Azərbaycan və Qazaxıstan isə onun fasiləsiz fəaliyyətini təmin edən əsas ölkələr kimi çıxış edirlər. Əslində, Cənubi Qafqazı və Mərkəzi Asiyanı birləşdirən “türk körpüsü” formalaşır ki, bu da təkcə ölkələrimiz üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır.

     Prezident İlham Əliyevin Qazaxıstana səfərinin onun prezidentliyi dövründə artıq səkkizinci dəfə baş tutması da çox şeydən xəbər verir. Bu səfərlər yalnız protokol xarakteri daşımır, ardıcıl və sistemli siyasətin ifadəsidir. Hər bir səfər münasibətlərin inkişafında müəyyən mərhələni simvolizə edib: etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindən tutmuş konkret layihələrin işə salınmasına, siyasi koordinasiyadan iqtisadi və mədəni sahələrdə praktiki addımlara qədər. Bu gün hər iki ölkə sadəcə tərəfdaş deyil – onlar Mərkəzi Avrasiyada qarşılıqlı əməkdaşlığın yeni arxitekturasını birgə formalaşdıran müttəfiqlərdir.

Əsas istiqamətlərdən biri energetika və tranzit sahəsində əməkdaşlıqdır. Qazaxıstan dünya bazarlarına neft ixracı üçün Azərbaycanın infrastrukturundan fəal şəkildə istifadə edir ki, bu da Bakının etibarlı tranzit mərkəzi kimi əhəmiyyətini artırır. Eyni zamanda Azərbaycan da Qazaxıstanda marşrutların şaxələndirilməsi və Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsi baxımından mühüm tərəfdaş görür. Transxəzər dəhlizinin inkişafı, Ələt və Aktau limanlarının imkanlarının genişləndirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi – bütün bunlar türk dövlətlərinin logistik təhlükəsizlik və iqtisadi dayanıqlıq məkanının formalaşmasına yönəlmiş addımlardır.

Azərbaycan–Qazaxıstan əlaqələrinin dərinləşməsi türk dünyasının möhkəmlənməsi konsepsiyasına da tam uyğundur. Türk Dövlətləri Təşkilatının (TDT) artan rolunu nəzərə alaraq, Bakı və Astana bütün türk məkanının siyasi və iqtisadi oxunu formalaşdıran əsas mərkəzlər kimi çıxış edirlər. Hər iki liderin razılaşdırılmış mövqeləri türk dünyasının beynəlxalq siyasətdə müstəqil amilə çevrilməsinə xidmət edir.

Suverenliyini bərpa etmiş və müasir inkişaf modelini uğurla həyata keçirən Azərbaycan inteqrasiyanın təşəbbüskarı və sabitliyin təminatçısı kimi mövqelərini möhkəmləndirir. Öz növbəsində, güclü iqtisadi və coğrafi potensiala malik Qazaxıstan türk dövlətlərinin maraqlarının bir-birini tamamladığı və gücləndirdiyi vahid Avrasiya məkanının formalaşmasında Bakının təbii tərəfdaşıdır.

Azərbaycan Avropa birliyində Mərkəzi Asiya ölkələri ilə fəaliyyət göstərən inteqrasiya məkanı yaratmağa tam nail olmuş yeganə ölkədir. Siyasi terminologiyada işlədilən “5+1” düsturu artıq vahid “6”ya çevrilir. Əlbəttə ki, bu proses Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində baş verir. Bizi birləşdirən bir çox amillər var: ortaq tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz, etnik və dil qohumluğumuz, tarixi reallıq, geosiyasi proseslər və digər faktorlar. Biz nəyin şahidiyik? Azərbaycanın strateji tərəfdaşları olan Mərkəzi Asiya dövlətləri regionda sülhün və inkişafın təşviqi üçün bütün səyləri göstərməyə hazırdır. Və artıq proses başlamışdır.

Qeyd etmək lazımdır ki, səfər zamanı ölkə başçımızın bəyan etdiyi mühüm məsələlərdən biri də Azərbaycan tərəfindən Ermənistanla yük tranzitinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması oldu. Bu məhdudiyyətlər vaxtilə Azərbaycan ərazilərinin işğalı dövründən qüvvədə idi. İlk tranzit yük isə Qazaxıstandan Ermənistana göndərilən taxıl partiyası oldu. Bu hadisə həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. O, göstərir ki, öz ərazi bütövlüyünü hərbi və diplomatik yolla bərpa etmiş Azərbaycan bu gün sülh və qonşuluq münasibətlərinin təşəbbüskarı kimi çıxış edir. Bakının məhdudiyyətləri aradan qaldırmaq qərarı dövlətin yetkinliyini, özünəinamını və məsuliyyətini nümayiş etdirir. Azərbaycan sülhü nəzəri imkandan maddi reallığa çevirir. Dalan ölkəyə çevrilmiş Ermənistan regional iqtisadiyyata inteqrasiya etmək şansı əldə edir. Bütövlükdə, Mərkəzi Asiya yeni marşrut, Avropa etibarlı tərəfdaş qazanır. Cənubi Qafqaz isə otuz ildə ilk dəfə olaraq münaqişə meydanına deyil, inkişaf məkanına çevrilmək şansına malikdir.

Beləliklə, Azərbaycan yalnız milli maraqlarını qorumaqla kifayətlənmir, həm də regionda etimad atmosferinin formalaşmasına töhfə verir. Bu isə regionun geniş beynəlxalq əməkdaşlığa açılmasına yönəlmiş konkret addımlardır.

 Milli Məclisin komitə sədri,

professor Hicran Hüseynova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri