Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 22 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri bir d
Azərbaycan Prezidentinin Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə görüşü zamanı səsləndirdiyi bəyanatlar region siyasətində yeni mərhələnin
Dövlətimizin başçısının xüsusilə Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatı
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.
Deputat vurğulayıb ki, bu bəyanat, əslində, sadəcə logistik addım deyil. Bu, Zəngəzur yolunun faktiki açılışı deməkdir.
Prezident İlham Əliyev uzun illərdir ki, Cənubi Qafqazda sülhün və iqtisadi inteqrasiyanın əsas memarı kimi çıxış edir.
O, bu dəfə də praktik diplomatiya nümunəsi göstərərək, regionda etimad mühitinin bərpasına xidmət edən strateji qərar verdi.“Azərbaycan artıq öz ərazisindən Ermənistana yüklərin tranzitinə icazə verir”, – deyən dövlətimizin başçısının bu sözləri təkcə bir iqtisadi qərarın deyil, həm də tarixi siyasi prosesin başlanğıcıdır.
Çünki bu addım Zəngəzur dəhlizinin ideyadan reallığa çevrildiyini, yəni Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat xətlərinin faktiki fəaliyyətə başladığını göstərir.“Bu hadisə regionda qüvvələr balansını bir daha Azərbaycanın xeyrinə dəyişir.