Icma.az
close
up
RU
Prezident İlham Əliyevin tranzit deklarasiyası Azərbaycanın növbəti diplomatik qələbəsi

Prezident İlham Əliyevin tranzit deklarasiyası Azərbaycanın növbəti diplomatik qələbəsi

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan bu gün regionda təkcə iqtisadi deyil, həm də diplomatik güc mərkəzi kimi çıxış edir. Azərbaycan Prezidentinin Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə görüşü zamanı səsləndirdiyi bəyanatlar region siyasətində yeni mərhələnin əsasını qoydu. Dövlətimizin başçısının xüsusilə Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatı Cənubi Qafqazda tarixi hadisə kimi dəyərləndirilməlidir.

44 günlük müharibədən, ardınca gələn sülh deklarasiyasından sonra (2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış Bəyannamədən sonra) bu addım Prezident İlham Əliyevin dediyi kimi, regionda yalnız “kağız üzərində” deyil, praktiki əməkdaşlığa keçidin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Deputat vurğulayıb ki, bu bəyanat, əslində, sadəcə logistik addım deyil. Bu, Zəngəzur yolunun faktiki açılışı deməkdir. Prezident İlham Əliyev uzun illərdir ki, Cənubi Qafqazda sülhün və iqtisadi inteqrasiyanın əsas memarı kimi çıxış edir. O, bu dəfə də praktik diplomatiya nümunəsi göstərərək, regionda etimad mühitinin bərpasına xidmət edən strateji qərar verdi.

“Azərbaycan artıq öz ərazisindən Ermənistana yüklərin tranzitinə icazə verir”, – deyən dövlətimizin başçısının bu sözləri təkcə bir iqtisadi qərarın deyil, həm də tarixi siyasi prosesin başlanğıcıdır. Çünki bu addım Zəngəzur dəhlizinin ideyadan reallığa çevrildiyini, yəni Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat xətlərinin faktiki fəaliyyətə başladığını göstərir.

“Bu hadisə regionda qüvvələr balansını bir daha Azərbaycanın xeyrinə dəyişir. Qazaxıstanın taxıl yüklərinin Azərbaycan üzərindən Gürcüstan və Ermənistan istiqamətində daşınması həm “Orta Dəhliz”in əhəmiyyətini artırır, həm də Bakını regionun əsas logistika və diplomatiya mərkəzinə çevirir”, - deyə o əlavə edib.

Müsahibimiz bildirib ki, Zəngəzur yolunun faktiki açılması Azərbaycanın diplomatik qələbəsi, Cənubi Qafqazda yeni reallığın formalaşmasıdır. Bu addım göstərdi ki, qalib ölkə olaraq Azərbaycan sülhü yalnız bəyanatlarla deyil, əməli addımlarla qurur. Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, qalib diplomatiyasının növbəti mərhələsidir.

“Bu gün Azərbaycan regional əməkdaşlığın, sabitliyin və qarşılıqlı etimadın aparıcı qüvvəsinə çevrilib. Əgər 2020-ci ilin Zəfəri hərbi gücün təntənəsi idisə, bu gün baş verənlər diplomatik zəfərin nümayişidir. Prezident İlham Əliyev sülhün və inteqrasiyanın memarı kimi yeni bir tarix yazır - körpülər qurulan, dəhlizlər açılan, xalqları birləşdirən tarix”, - deyə E. Akimova fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see193

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri