Avtosfer saytına istinadən Icma.az xəbər verir. Nəqliyyat o qədər həssas mövzudur ki, danışdıqca bitməz, işlədikcə başa çatmaz.
Daim yenilənən bu sahədə görüləsi çox iş var. Yükdaşımadan, sərnişin nəqliyyatından tutmuş hərəkətin təşkilinə qədər çoxşaxəli bir sahədir.
Qanunların, müxtəlif qərar və qanunvericilik aktlarının, konvensiya və beynəlxalq səviyyədə qəbul edilmiş yeniliklərin öyrənilməsi, tətbiqi olduqca incə məsələdir.
Kiçik səhvlər böyük itkilər və problemlər yaradır. Səhvlər çoxdur, düzəltmək üçün illər lazımdır.
Cənab Prezident İlham Əliyev sonuncu dəfə jurnalistlərlə görüşündə də qeyd etdi ki, bu sahədə səhv işlər görülüb, tıxaca qarşı mübarizə aparmaq üşün çəkilən yollar tıxacı aradan qaldırmaq əvəzinə tıxac yaradıb.
Misallar çoxdur. Deyə bilərəm ki, bunun nəticəsində illər öncə Nəqliyyat Nazirliyi ləğv edildi, ardınca BNA da işi yarıtmadı və ləğv olundu.
Hazırda Azərbaycanda nəqliyyat sahəsi demək olar ki, bir mərkəzdən idarə olunur. Müsbət dəyişikliklər çoxdur.
Ümid edirəm ki, zamanla daha fundamental işlər görüləcək, bu günə yox, gələcəyə hesablanan layihələr icra ediləcək.